Uzunluq

Uzunluq fizikada xətti uzanmanın və obyektlər arasındakı məsafənin ölçüsü üçün əsas parametr sayılır. O ölçü normativi ilə və uzunluq vahidləri ilə təyin olunur. Uzunluğun işarəsi l, vahidi Sİ vahidlər sistemində metr m-dir. Başqa ölçü vahidləri metrəyə əmsalların vurulması ilə alınır. Bu aşağıda verilmişdir:

Hesablanan vahidlər

Yol və əyri uzunluğu üçün s işarəsindən istifadə edilir.

Uzunluğun ölçülməsi müxtəlif ölçmə cihazlarının köməyi ilə aparılır. Klassik fizikada iki tərpənməz nöqtə arasındakı məsafənin uzunluğu dəyişməz hesab olunur. Nisbilik nəzəriyyəsində isə uzunluq müşahidəçinin nisbi hərkətindən asılıdır.

Üfüqi istiqamətdə uzunluğa en də deyilir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by razib.in